Haqqımızda
Ucuzsəbət — Bakı marketlərində qiymətləri müqayisə edən pulsuz xidmətdir. Hər gün Bazarstore, Neptun, OBA, Birmarket, Bravo, Araz, Tamstore marketlərində 29 551 məhsulun qiymətini toplayır və eyni məhsulun harada ən ucuz olduğunu göstəririk.
Nə edə bilərsiniz
- Məhsulu adına görə axtarmaq və ya mağazada barkodunu telefonla skan etmək.
- Bütün marketlərdəki qiyməti müqayisə etmək və qiymətin tarixçəsinə baxmaq.
- Həftəlik endirim jurnallarına baxmaq — jurnal qiymətləri kampaniya bitənə qədər müqayisəyə daxil edilir.
Necə işləyir
Qiymətlər hər gecə marketlərin saytlarından və endirim jurnallarından avtomatik yenilənir. Müxtəlif marketlərdəki eyni məhsullar adına, brendinə, ölçüsünə və barkoduna görə tutuşdurulur. Qiymətlər məlumat xarakterlidir — alışdan əvvəl marketdə yoxlayın.
Müstəqillik
Biz market deyilik və adı çəkilən şəbəkələrlə bağlı deyilik. Məhsulların sırası yalnız qiymətdən və marketlərin sayından asılıdır, ödənişdən yox.
Sual və təkliflər üçün: əlaqə səhifəsindəki forma.